Biz kimik..?
Bizim haqda daha ətraflı...
 
Uşaqlar üçün
Maraqlı, məsləhətli mövzular
Tənhalıq

Tənhalıq müasir dövrdə ən aktual problemlərdən sayılır. İnsan həyatının bir çox periodları mütləq tənhalıqla bağlıdır.
     İnsan onun üçün şəxsiyyət kimi əhəmiyyət kəsb edən insanlarla münasibətlərinin dolğun olmadığını hiss etdikdə və ünsiyyət tələbatının ödənilməsinin kəskin defisiti  zamanı tənhaya çevrilir. Tənhalıq – ağır psixi vəziyyətdir, adətən pis əhval-ruhiyyə və ağır emosional yaşantılarla müşaiyət olunur. Tək-tənha adamlar bir qayda olaraq çox az sayda sosial kontaktlara sahibdirlər, digər insanlarla əlaqələri ya çox məhduddur, ya da heç yoxdur, artıq əlaqələr kəsilib. Tənhalıq həmişə gərgin sosial izolyasiya ilə müşahidə olunmur. Daima insanlar arasında olmaq olar, onlarla kontakta girmək olar, amma bununla yanaşı psixoloji izolyasiyanı hiss etmək olar.
     Ünsiyyət tələbatı yüksək olan şəxslərdə kontakt 1-2 adamla məhdudlaşdıqda özlərini tənha hiss edirlər. Çünki onlarda çox adamla kontakta girmək kimi xüsusiyyət vardır.
     Adətən tənha insanlar özlərini digər insanlardan psixoloji cəhətdən izolə olunduqlarını hiss edirlər. Özlərinin normal şəxsiyyətlərarası münasibətlər,məsələn, dostluq və ya məhəbbət qurmağa qadirolmadıqlarını hiss edirlər. Tənha şəxs – depressive və ya sarsılmış, bunlardan başqa ünsiyyət bacarığı və ünsiyyət defisiti keçirmiş şəxsiyyətdir. Tənha insan özünü hamı kimi hiss etmir və az yaraşıqlı olduğunu hesab edir. O, hesab edir ki, onu heç kim sevmir və hörmət etmir. Tənha insanın özünə qarşı olan bu münasibəti çox hallarda xüsusi mənfi affektlərlə müşaiyət olunur ki, bunların arasında qəzəb, qüssə, dərin bədbəxtlik hissi var. Tənha insan social kontaktlardan qaçır, özü özünü digərlərindən izolə edir. Digərlərindən fərqli olaraq daha çox onlara paranormallıq,impulsivli, qıcıqlandırıcılıq, qorxu,narahatlıq,zəiflik və frustruasiya xasdır. Tənha insanlar daha çox pessimist olurlar. Onlar daha çox azdanışan, özünü sakit aparan, nəzərəçarpmamağa çalışan, tez-tez qəmgin görünən insanlardır. Tez-tez onlarda  yorğunluq halı və yüksək  dərəcədə kəsalətlilik müşahidə olunur.
     Vaxtaşırı xroniki tənha adamı bürüyən tipik emosional hallar saysız hesabsızdır: ümidsizlik, qüssə, hövsələsizlik, yaraşıqsız olduğunu hiss etmək, köməksizlik, paniki qorxu,sıxıntı, daxili boşluq, sarsıntı, istəklərin dəyişməsinə həvəs,yetkinliyin olmamasını hiss etmək, ümidlərin boşa çıxması, insanın özünə qarşı olan yazıqlıq, risk etmək, qıcıqlandırıcılıq,sərbəstlikdən məhrumolma, tərk olunmuş olmaq, melanxoliya,özgələşmə.
           
Tənhalığın bir çox səbəbləri vardır. Yeniyetməlik dövründə özünü büruzə verən tənhalıq daha çox özünə münasibətdən, özünü qiymətləndirmədən asılıdır.  Bu isə özünü aşağı qiymətləndirmənin olması ilə əlaqədar olur. Onun yaratdığı tənhalıq hissi isə bir çox hallarda uyğunlaşa bilməmək və kimsəsizlik hissinə gətirib çıxarır.  Bu dövrdə özünü göstərən tənhalıq hissinin yaranma səbəblərindən biri də daha çox dostları və kontaktları olan şəxslərin bu kontaktlarının azalması da ola bilər.
     Bəzi hallarda tənha olmalarının səbəbi məhz onların özü ilə bağlı olur. Onlar bunu xarakter çatışmamazlığı, qabiliyyətlərin olmaması və ən çox yaraşıqsız olmaları ilə bağlayırlar. 
     Çox vaxt tənhalıq insandan asılı olmayan səbəblər üzündən yaranır. Şəxsi münasibətlərin qırılması, boşanma, həyat yoldaşının itirilməsi bu cür yayılmış geniş sosial səbəblər tənhalığa aparan yol kimi çıxış edir.  Belə hal qəflətən tam və ya qismən baş verən emosional psixoloji izolyasiyanın nəticəsi kimi çıxış edir. Tənhalığın üç geniş yayılmış növü var: xroniki, situativ və keçici. Xroniki tənhalıq fərdin uzunmüddətli həyat periodu ərzində onu qane edən onun üçün əhəmiyyət kəsb edən insanlarla qarşılıqlı münasibətlər qura bilməməsidir.
Situativ tənhalıq adətən hər hansı bir stress yaradan hadisənin, məsələn, yaxın adamın vəfat etməsi və ya intim münasibətlərin, evlilik münasibətlərinin qırılması kimi hadisələrin nəticəsində baş verir. Müəyyən müddətdən sonra situativ tənha fərd öz itkisi ilə barışır, qismən və ya tamamilə tənhalıq hissini adlayır. Keçici tənhalıq qısamüddətli tutmalarda özünü büruzə verir ki, bu da bütünlüklə və heç bir iz qoymadan keçib gedir.

     İnsanlara yeni münasibətlərin qurulmasında, yəni tənhalığı aradan götürmək üçün edilən kömək sosial vərdişlər treninqini, koqnitiv-davranış terapiyasını və utancaqlıq qruplarını əhatə edir.
C. Karren tənhalığın psixokorreksiyasında sosial vərdiş treninqlərinin səmərəliliyini xüsusi olaraq qeyd edirdi. Bu cür təlim proqramları bihevioristik metodikalara əsaslanırdı: modelləşdirmə, rol oyunları, özünümüşahidə (bura videometodları da aid etmək olar), ev tapşırığı. Kliyentlərə söhbəti birinci başlamaq, telefonla danışmaq, kompliment demək və qəbul etmək vərdişləri; sükutu doldurmaq və idarə etmək, qeyri – verbal ünsiyyət metodlarının rolunu artırmaq və s. öyrədilir. Treninq adətən qrup şəklində aparılır və 10 həftədən az olmayaraq davam etdirilir.
Nümunəvi məşğələdə psixoterapevt kliyentlərə söhbətə müdaxilə etməyin qeyri – düzgün modelinin çəkildiyi videoyazını təqdim edə bilər. Sonra bu model qrup tərəfindən müzakirəyə qoyulur və daha yaxşı  variantlar göstərilir. Daha düzgün model çəkilən video yazı təqdim edilir. Bunun ardınca hər bir kliyent digər qrup üzvlərinin müşahidəsi altında söhbətə birinci başlayan insan rolunu ifadə  edir. Bəzən kliyentin sonradan konkret olaraq necə davrandığını bilməsi üçün onun rolu ifa etməsi videoya çəkilir. Məşğələ adətən terapevtin gələn dərs üçün verdiyi ev tapşırığı ilə bitir. Ev tapşırığı naməlum adamla kontakta girmək və s. ola bilər.
Koqnitiv – biheviorial terapiyada kliyentlərə avtomatik fikirləri tutmağı, dərk etməyi və həmin fikirlərə fakt kimi deyil, yoxlanılmağa ehtiyacı olan hipotez kimi baxmağı öyrədirlər. Məsələn, yeni situasiyalarda social cəhətdən narahat adam avtomatik olaraq belə fikirləşə bilər: “ Mən özümü yenə də lazımi  qaydada apara bilməyəcəyəm”; “Mən yenə səfehlik edəcəyəm”. Bunun nəticəsində də o, bu cür situasiyalardan qaçmağa çalışacaqdır. Terapevt kliyenti həmin fikirləri empirik surətdə yoxlamağa məcbur etməlidir. Terapevt kliyentin “səfeh hərəkətinin” məhz nədən ibarət olduğunu aydınlaşdırmağa və onu müzakirəyə qoymağa çalışmalıdır. Bu cür avtomatik fikirlərin yoxlanılması nəticəsində kliyentlər çox vaxt belə fikirlərinin qeyri-düzgün olmasını anlayırlar.
Koqnitiv  terapiyanın əsas xarakteristikalarından biri – terapevt və kliyent arasındakı əməkdaşlıq münasibətləridir. Terapevt və kliyentin münasibətlərini nəzərə almayan digər biheviorial yönümlü terapiyadan fərqli olara, koqnitiv terapiya psixoterapevtin şəxsi kommunikativ keyfiyyətlərinə çox böyük əhəmiyyət verir. Koqnitiv terapiya az müddətli xarakter daşıdığı üçün, sorğuya sərf olunan qısa müddət səmərəli işlədilməlidir.
Tədqiqatlar zamanı tənhalıqla utancaqlıq və sosial riskə olan myelin dəf edilməsi arasında əlaqənin olduğu aşkarlanmışdır. P. A. Pilkonins və onun həmkarları utancaqlığı aradn götürmək üçün sosial davranış treninqi metodikasından istifadə etməyi məsləhət bilirdilər. Onlar güman edirdilər ki, utancaq adamlar özləri üçün sosial tapşırıqlı münasibətlər “ssenarisi” düzəltməlidirlər. Məsələn, həmsöhbəti haqda maksimum informasiya əldə etmək “ssenarisi”. Bu cür ssenariyə malik olmaq utancaq adamın fikrini onun narahatlıqlarından yayındırır.
Tənha insanlara kömək məqsədilə atılan addımlardan biri də axır bir neçə il ərzində onların sosial münasibətlər sxemini açan ətraflı bazis məlumatların alınmasıdır. Və burada belə informasiyanın alınmasının ən səmərəli forması kimi dostluq kartını göstərmək olar.
Dostluq kartında terapevt kliyentdən son 2 il ərzində yaxın ailə üzvlərinin və dostlarının adını göstərməyi xahiş edir. Sonra kliyent göstərdiyi hər bir dostunu qarşılıqlı inam, qayğı və fiziki yaxınlıq, səmimilik və kontaktların tezliyinə görə 10-ballı şkalaya əsasən qiymətləndirir.
Beləliklə də kontaktların tezlik şkalasına görə kliyentlə onun dostunun əlaqələrinin ən qızğın çağında bir yerdə keçirtdikləri vaxt ölçülür. 1 bal (1) – onların ayda bir dəfə görüşdüklərini göstərirsə, 10 bal (10) – onların bütün vaxtı demək olar ki, bir yerdə keçirdiklərini göstərir.
Səmimilik parametric kliyentin öz dostları ilə şəxsi fikir və hisslərinin nə dərəcədə müzakirə edə bilməsini göstərir. Aşağı ballar səthi mövzuların (məsələn, sevimli kinofilmin,artistin və s. ) müzakirə edildiyi dostluq münasibətlərini , yuxarı ballar isə ən intim problemlərin müzkirə edildiyi münasibətləri göstərir.

Valideynlər üçün
Köməyinizə yetə bilər
Onda QAYNAR XƏTT-ə zəng et...
ZƏNGLƏR PULSUZ VƏ MƏXFİDİR...
Mən hansı hallarda Qaynar xəttə zəng edə bilərəm?
Zəng etdikdə nə baş verir?
Zəngin və məlumatın məxfiliyi
Bizimlə müzakirə edə biləcəyin mövzular...
Kobud rəftar evdən qaçma depressiya ailədaxili problemlər mənim bədənim ALKOQOL yaxın adamı və ya valideyni itirmə psixi sağlamlıq məktəbdə problemlər ozünə suiqəsd Siqaret çəkmə HIV/AIDS məhəbbət | Digər mövzular
Mən necə kömək edə bilərəm?
Bizim sizin köməyinizə həqiqətən də ehtiyyacımız var. Onun zəhmətolmasa aşağıdakılarda birini seçin:
Tələbəyəm
Könüllü olmaq istiyirəm
Valideynəm
Digəri