Pedaqoqların şagirdlərlə qarşılıqlı münasibətləri bir-birinə olan elə bir yönəlməlidir ki, onların qarşılıqlı anlaşmasını şərtləndirir. Bu isə öz növbəsində davranışın qarşılıqlı korreksiyasına gətirir. Ümumilikdə təlim subyekt-subyekt münasibətlərinin formalaşması prosesidir. Təlim şəxsiyyətlərarası münasibətlər vasitəsilə başlayır və bitir. Müəllim-şagird qarşılıqlı münasibətləri təlim və tərbiyə məsələlərinin həllində əsas rol oynayır. Təlim prosesində elə qarşılıqlı münasibətlərin yaradılması nəzərdə tutulur ki, burada hər iki tərəf qarşıya qoyulmuş məqsədlərə çata bilsin. Əməkdaşlığın əsasında bu prosesin iştirakçıları arasında pozitiv münasibətlərin saxlanması durur və əlbəttə, əməkdaşlıq qurulması üçün tələbat və əməkdaşların fəaliyyəti bir-birini məlumatlandıraraq həyata keçirməsi vacibdir. Beləliklə, təlim prosesində xüsusi psixoloji atmosfer yaranır ki, burada təlim subyektləri bir-biri ilə qarşılıqlı əlaqədə olur. Bu, fəaliyyət priyomlarının hesabına deyil, subyektlərin bir-birinə istiqamətlənmiş olmalarının nəticəsidir. Təlim o vaxt effektli alınır ki, pedaqoq şagirdin fəaliyyətinə məharətlə rəhbərlik edir. Birgə fəaliyyətə sıx şəkildə qoşulmuş şagirdin şəxsiyyət keyfiyyətləri, əməliyyatlardakı müstəqilliyi bu cür əməkdaşlığın əsasını təşkil edir. |
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
