AİDS pandemiyası qlobal xarakter daşıdığı üçün bütün dünyanın diqqət mərkəzindədir. Bu yeganə xəstəlikdir ki, BMT-nin müzakirə obyekti olub və mübarizəni genişləndirmək məqsədilə 1988-ci ildən etibarən 1 dekabr Ümumdünya AİDS günü kimi təsis edilib. Hər ilin öz şüarı qəbul olunub. 2007-2008-ci illər ərzində Ümumdünya AİDS Kampaniyasının şüarı belədir: AIDS-ə yox deyək! Vədimizə sadiq qalaq! Bu illər ərzində əsas mövzu olaraq isə “Liderlik” seçilib.
1. İnkubasiya (gizli) dövrü: müəyyən müddət heç bir əlamət olmadan xəstəlik orqanizmdə inkişaf edir. Bu dövr bir neçə ilə qədər davam edə bilər. HİV virusuna yoluxduqdan sonra AİDS xəstəliyi tədricən inkişaf etməyə başlayır. HİV virusu yoluxmuş insandan sağlam insana keçə bilər. Bu virusu daşıyan insan xəstə və zəif görünməsə də, hətta özünün xəbəri olmasa belə sağlam insanı yoluxdura bilər. Bu virus göz yaşında, tərdə, ağız suyunda, qanda, uşaqlıq yolu selikli qişasında, spermada, ana südündə və s. mövcuddur. Lakin digər insanlara ötürmək üçün onların sayı qanda, uşaqlıq yolu selikli qişasında, spermada və ana südündə kifayət qədərdir.
Valideynlər təmin etməlidirlər ki, onların uşaqları HÌV haqda məlumatlı olsunlar və əmin olmalıdırlar ki:
Ümumiyyətlə, hər bir xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Bu digər xəstəliklərə nisbətən AİDS üçün daha vacibdir. Çünki onun aqibəti 100% ölümlə nəticələnir. Buna görə də, hər kəs HİV/AİDS-in qarşısının alınmasında tam məsuliyyətli olmalıdır. Bu məsuliyyət hər şeydən əvvəl ailəyə münasibətdə özünü göstərir. Hər kəs ailəsinə qarşı sadiq olmalı, milli adət-ənənələrə riayət etməlidir. Gənclər arasında yayılmış digər zərərli vərdiş narkotika və alkoqolizmə meyllilikdir. Bu zərərli vərdişlərə aludə olmuş şəxslər hər şeydən əvvəl özlərinə nəzarəti itirirlər. Bu səbəbdəndir ki, AİDS-ə yoluxmuş insanların 80%-ni məhz narkoman və içki düşgünləri təşkil edir. Bundan başqa, tibbi alətlərin, o cümlədən stomatoloji, ginekoloji, cərrahi alətlərin steril, şpris və skarifikatorun (iynə ucları) yeni olmasına, manikür və pedikür, tatuaj və pirsinq zamanı istifadə olunan alətlərin steril olmasına diqqət yetirin, birdəfəlik və ya steril ülgüclərdən istifadə edin. Yuxarıda sadalananlara riayət edilmədiyi halda, bu təhlükə hər kəs üçün real olaraq qalır.
HİV/AİDS barədə hər hansı bir sualınız meydana çıxsa, müayinə olunmaq və ya sadəcə məsləhət almaq üçün Bakıda Milli AİDS-lə Mübarizə Mərkəzinə və ya ölkənin müxtəlif regionlarında yerləşən AİDS laboratoriyalarına müraciət edə bilərsiniz. Məsləhət və müayinə pulsuz aparılır və sizin istəyinizlə anonim olaraq da həyata keçirilə bilər.
|
||
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |

HİV/AİDS - uzun müddət simptomsuz keçən, heç bir zahiri əlaməti olmayan və 100% ölümlə nəticələnən XXI əsrin ən dəhşətli xəstəliklərindən biridir.