Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır. Hələ 1970-ci ildə Ümumdünya Səhiyyə Assambleyası ağ ciyər və ürək-damar xəstəliklərinin inkişafına,həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olan siqaret çəkmənin ciddiliyini dərk edərək dünyanın bütün səhiyyə orqanlarına müraciət etmiş, problemə qarşı lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdir. Həmin dövrdən başlayaraq dünyanın bir çox ölkəsində siqaretə qarşı təbliğat kampaniyaları başlamış və bu kampaniyalar bu gün də davam etdirilməkdədir. |
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
