Valideynlər uşaqlarıyla əlaqədar olaraq bir çox hüquqi problemlərlə hüquqşünasa müraciət edirlər ki,bu da uşaqlarda çox zaman psixoloji problemlərin yaranmasına səbəb olur. Bu psixoloji problemlərin yaranmasına səbəb bir cox amillər ola bilər.Bunlardan konfliktli ailələr,natamam ailələr,aztəminatlı ailələr,ailədə uşağın ata və ya anası tərəfindən zorakılığa məruz qalması və s. bu kimi amillər erkən uşaqlıq dövründə yetkinləşən beyinə təsir edə bilər.Bu halların qarşısının alınmasında məktəb psixoloqlarınında çox böyük rolu var.Çünki uşaq günün bir qismini ailədə,bir qismini isə məktəbdə keçirir.Uşaqlar müəssisələrdə müəllim və tərbiyəçilər tərəfindən bir sıra zorakılıq, sui istifadə və laqeyd hallarla rastlaşırlar.Uşaqların üzləşdiyi zorakılıq halları sırasında ən çox rast gəlinən hal müəllimlər və tərbiyəçilər tərəfindən döyülməkdir.Uşaqların psixoloji durumunun pozulmasına uşaqların valideynlərindən birinin və ya hər ikisinin rəhmətə getməsi,valideynlərin boşanması,ailənin maddi imkanın zəif olması,mənzilin olmaması,valideynlərdən birinin və ya hər ikisinin cəzaçəkmə müəssisəsində olması və s. bu kimi səbəblər ola bilər.Psixoloqlar problemi olan ailələrdə valideynlərlə,yəni hər iki tərəflə söhbət apara və bu problemlərin uşağın gələcək həyatında hansı fəsadların qoyması barədə məlumat verə bilərlər.Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsidir.Bu hüquqlara yaşamaq,danışmaq, fikirləşmək,digər insanlar tərəfindən ədalətli və layiqli münasibət və bir çox digər hüquqlar da aiddir.Yaşadığımız cəmiyyətin daha da ədalətli olması üçün biz öz hüquqlarımızı öyrənməli və bu hüquqların qorunmaqda olduğunu bilməliyik.“İnsan Hüquqlarının” əsas məqsədi özlərini qoruya bilməyən əhalinin ən zəyif təbəqələrindən olan insanları qorumaqdan ibarətdir.Hüquqlar fərq olmadan bütün kişi, qadınlara və uşaqlara məxsusdur,və insan cəmiyyətində yaşamaq o deməkdir ki,biz yaşayarkən öz hüquqlarımızı həyata keçirərkən digər insanların hüquqlarına da hörmət edir və onları nəzərə alasınız,bunuda əlavə etmək lazımdır ki,“Bizim azadlığımız digər insanların azadlığı başlayanda bitir”.
Ayrılmaz hüquqları insan ona görə doğulan gündəcə qazanır ki,o |
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
