|
|
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
İstifadə qaydaları | Məxfilik siyasəti | Disclaimer/Məsuliyyət | Biznesin Korporativ Sosial Məsuliyyəti
Uşaq Qaynar Xətti 2009-cu ildə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.

. Bu sözləri “Azadinform”a müsahibəsində Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinin direktoru Cəmilə Tağıyeva deyib. Onun sözlərinə görə, müraciətlərin 668-i psixoloji problemlər, 394-ü təhsil məsələləri, 167-i sosial sahə məsələləri, 88-i hüquqi, 39-u isə səhiyyə sahəsi ilə bağlıdır. C.Tağıyeva bildirib ki, “Uşaq Qaynaq Xətti”nə müraciət edən uşaqlar müxtəlif yaş qruplarını əhatə edir. 13-17 yaş qrupuna aid olan uşaqlar üstünlük təşkil edir. Bu yaş dövründə bir çox uşaqlarda müəyyən psixoloji problemlər mövcud olur ki, bu da həmin yaşın böhran dövrü ilə bağlıdır. Uşaqların problemləri əsasən ailədən qaynaqlanır. Bu uşaqlar aztəminatlı ailələrdən olan, daimi yaşayış yeri olmayan uşaqlardır. Müraciət edən uşaqların əsas problemləri ailə üzvləri tərəfindən laqeyd münasibət, ayrı seçkilik və uşaqların əlavə fiziki cəzalandırılmalarıdır. C.Tağıyeva “Uşaq Qaynar Xətt”inə müraciətlərin ən çox Bakıdan olduğunu, bunun da şəhərlərarası əlaqənin mobil telefonla bağlılığında görüb. O yaşda uşaqların təbii ki, kontur problemləri var. Bu səbəbdən çalışırıq ki, imkan daxilində onlar bizə zəng vuranda onlarla əlaqə qurub danışaq. Regionlara çıxışımız çox çətindir, “Uşaq Qaynar Xətt”inin açılış mərasimində media orqanları tədbiri yayımlayandan sonra müraciət edənlərin sayı artdı. Xüsusilə də bu ili fevral ayında “İç xəbər” proqramı xidmətimiz barədə məlumat verdiyi üçün statistik nəticələr də göstərir ki, fevral ayında bizə müraciət edənlərin sayı artıb və bu regionları əhatə edir. Regionların daha geniş məlumatlandırılması üçün reklam roliklərinin yayımlanması vacibdir. Bunların hamısı vəsait tələb etdiyi üçün bizə maneələr törədir. “Qaynar xətt” nömrələrinin üç rəqəmdən ibarət olması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə keçən il rəsmi məktubla müraciət etmişik. Onlar bildiriblər ki, 3 rəqəmli nömrə ilə şəhərlərarası əlaqə alınmır. Biz istəyirik beynəlxalq standartlara uyğun nömrələr əldə edək. Danışıqlar gedir, ümid edirik ki, bu nömrələri nazirlikdən alacağıq.