Bakıda musiqiçi ailəsində doğulmuş Nezrine erkən yaşlarından musiqiyə, xüsusən müğənniliyə böyük həvəs göstərmişdir. Onun babası məşhur Azərbaycan bəstəkarı və tamamilə yeni musiqi janrı olan simfonik muğamın banisi Fikrət Əmirovdur. Anası professor Sevil Əmirova pianoçudur və Bakı Musiqi Akademiyasında dərs deyib. Nezrine altı yaşında Bakıda musiqi məktəbinə yazılmış və fortepiano ixtisası üzrə təhsil almışdır. Təxminən 2010-cu ildən o, musiqi istiqamətini tamamilə dəyişərək mahnı ifasına diqqət yetirməyə başladı. Nezrine öz mahnılarını özü bəstələməyə başladı. Nəticədə şanson, şərq musiqisi, həmçinin caz və klassik musiqi janrlarının təsiri hiss olunan heyrətamiz mədəni sintez yarandı. Nezrin bu günədək Belçikada yaşayır, belçikalı musiqiçilərlə birgə çalışaraq, öz müğənnilik karyerasını davam etdirir. Mahnılarını əsasən fransız dilində yazır, bununla yanaşı, babası Fikrət Əmirovun məşhur vokal əsərlərindən bəzilərini aranjeman etmişdir. Bakıdakı konsertdə Nezrine Fikrət Əmirov musiqisinin caz improvizasiyalarını və öz mahnılarını ifa etmişdir. Nezrinin dayısı, məşhur caz ifaçısı Cəmil Əmirov xüsusi olaraq bu tədbir üçün onun ansamblında çıxış etmişdir. Nezrine Tori Eymos, Can-Cak Qoldmandan Mayk Oldfildə kimi müxtəlif musiqi və poeziya mənbələrindən ilham alır. Konsertdən əldə edilən gəlir zorakılığın qurbanı olan və təcili qayğı və müdafiəyə ehtiyacı olan uşaqlara psoxoloji və emosional dəstək verən “Ümidli Gələcək” Gənclər Təşkilatının Uşaq Qaynar Xətt xidmətinə hədiyyə edilmişdir. Belçikanın Azərbaycandakı səfiri cənab Lük Truyens konsert haqqında fikir bildirərək demişdir: " Nezrine iki ölkə arasında körpü yaradır. Azərbaycanda məşhur musiqiçilər ailəsində anadan olmuş Nezrine Belçika cəmiyyətinə tam inteqrasiya olub və öz sənətində hər iki xalqın musiqisini sintez edir. Bununla yanaşı, bu, bizim Uşaq Qaynar Xətt Xidməti üçün "Buta" İncəsənət Mərkəzi ilə birgə həyata keçirdiyimiz ikinci tədbirdir və biz hər iki təşkilatla peşəkar əməkdaşlıqdan çox məmnunuq". Konsert 19 iyul 2011-ci il tarixində, saat 21:00-da Bakı Caz Mərkəzində keçirilmişdir. Konsertin məntiqi davamı olaraq, 04 Avqust 2011-ci il tarixində Belçikanın Azərbaycandakı səfirliyinin nümayəndəsi “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə səfər etmiş, xidmətin işçi heyəti ilə tanış olmuş, orada həyata keçirilən işlərlə yaxından maraqlanmışdır. Görüş əsnasında, səfirliyin nümayəndəsinə “Uşaq Qaynar Xətt Xidməti” haqqında ətraflı məlumat verilmiş, statistik göstəricilər qeyd olunmuş, habelə yarandığı gündən bü günə qədər xidmətin həyata keçirdiyi fəaliyyətləri əks etdirən prezentasiya təqdim olunmuşdur. “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru cənab Nazir Quliyev qonaqlara Qaynar Xəttin fəaliyyətində prioritet yer tutan əsas sahələrə dair məlumat vermiş, gələcək planlardan bəhs etmiş və səfirə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir. Sonda Belçika səfirliyi adından “Uşaq Qaynar Xətt” xidmətinə Nezrinenin imzası olan poster və konsertdən əldə olunan gəlirin göstəricisi kimi simvolik çek hədiyyə edilmişdir. Ümidli Gələcək Gənclər Təşkilatı və Uşaq Qaynar Xətt Xidməti adından Nezrine xanıma, “Buta” İncəsənət Mərkəzinə və Belçika səfirliyinə dərin təşəkkürümüzü bildirir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
|
|||
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
İstifadə qaydaları | Məxfilik siyasəti | Disclaimer/Məsuliyyət | Biznesin Korporativ Sosial Məsuliyyəti
Uşaq Qaynar Xətti 2009-cu ildə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.

İyulun 19-da Bakı Caz Mərkəzində Belçikanın Azərbaycandakı səfirliyi və “Buta” İncəsənət Mərkəzi tərəfindən, “Ümidli Gələcək” Gənclər Təşkilatı nəzdində təsis olunmuş Uşaq Qaynar Xətt Xidmətinin inkişafına dəstək məqsədi daşıyan, “Culture Helpline” proqramı çərçivəsində hər il təşkil edilən növbəti konsert keçirilmişdir. Bu il onlar Belçika vətəndaşı olan azərbaycanlı pianoçu və bəstəkar-müğənni Nezrineni (Nəzrin Əfəndiyeva) təqdim etməkdən qürur duymuşlar.