|
|||
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
İstifadə qaydaları | Məxfilik siyasəti | Disclaimer/Məsuliyyət | Biznesin Korporativ Sosial Məsuliyyəti
Uşaq Qaynar Xətti 2009-cu ildə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.

Uşaq Hüquları üzrə Azərbaycan QHT Alyansı və digər yerli və beynəlxalq təşkilatların apardığı araşdırmalara görə, uşaqlara qarşı zorakılıq hallarının artması müşahidə edilir. Bu araşdırmalar nəticəsində zorakılığın ən çox rast gəlinən formalarına məişət zorakılığı, uşaqlara qarşı etinasızlıq, cinsi zorakılıq, internet vasitəsi ilə zorakılıq, KİV-də zorakılıq qurbanı olan uşaqların məxfiliyinin qorunmaması və s. qeyd etmək olar. Bu kimi halların mövcudluğu, gələcəyimiz olan uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ciddi addımlar tələb edir.