“Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda, Azercell Telekom Şirkətinin xüsusi maliyyə və texniki dəstəyi və UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya Baxış” beynəlxalq təşkilatlarının dəstəyilə təsis edilmiş “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində 27 avqust 2011-ci il tarixindən etibarən silsilə təlimlərə start verildi. Əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa psixoloji və hüquqi yardımın, emosional dəstəyin göstərilməsi, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlərin verilməsi, müraciətlərinin digər müvafiq xidmətlərə yönəldilməsinin təmin edilməsi və təxirəsalınmaz köməyin göstərilməsi olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin uşaqlarla aparılan hüquqi, psixoloji və sosial işə dair təşkil etdiyi silsilə təlimlər əməkdaşlarının peşə və təlim bacarıqlarının, eləcə də uşaqlara göstərilən emosianal-psixoloji və hüquqi yardım işinin təkmilləşdirilməsi məqsədini daşıyır. Bu qəbildən olan ilk təlim “Məişət zorakılığının qarşısının alınması və hüquqi xidmətlərin göstərilməsi” mövzusunda “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin məsləhətçi-hüquqşünası Aytən Namazova tərəfindən keçirilmişdir. Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əməkdaşları ilə yanaşı “Ümidli Gələcək” Gənclər Təşkilatının, həmçinin onun digər xidmətlərinin – Zorakılıq və Cinayət Qurbanı Olmuş Uşaq və Gənclərin Psixo-Sosial Reabilitasiya Mərkəzi, Qanunla Münaqişədə olan Uşaq və Gənclərin Psixo-Sosial Reabilitasiya Mərkəzi və Uşaq Hüquqları Klinikasının nümayəndələrinin iştirakı ilə keçən təlimdə əsas müzakirə mövzuları “Zorakılığın növləri”, “Məişət zorakılığı haqqında ümumi məlumat”, “Məişət zorakılığının növləri”, “Məişət zorakılığının qarşısının alınmasının əsas prinsipləri”, “Məişət zorakılığının qurbanı olmuş şəxs barəsində məlumatın alınması və məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlər” olmuşdur. “Sosial işdə qiymətləndirmə” mövzusuna dair növbəti təlimin 03 sentyabr 2011-ci il tarixində keçirilməsi planlaşdırılır.
|
|
|
Köməyinizə yetə bilər |
ZƏNGLƏR PULSUZ VƏ MƏXFİDİR...
Bizim sizin köməyinizə həqiqətən də ehtiyyacımız var. Onun zəhmətolmasa aşağıdakılarda birini seçin:
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
Siz bizə nə üçün inanmalısınız
Qaynar Xətt haqqında bir neçə söz
Bizim uyğun gördüyümüz məsləhətlər
Zəng etməyə ehtiyacınmı var....?
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
Uşaq Qaynar Xəttinin internet saytına Xoş Gəlmişsiniz! Bu sayt 18 yaşına qədər olan hər bir uşaq və gənc üçün yaradılıb. Əgər siz valideyn və ya 18 yaşından yuxarı şəxssinizsə, onda yuxarıda "Valideynlər" bölməsinə keçin"
İstifadə qaydaları | Məxfilik siyasəti | Disclaimer/Məsuliyyət | Biznesin Korporativ Sosial Məsuliyyəti
Uşaq Qaynar Xətti 2009-cu ildə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.
© Ümidli Gələcək 2009 | Bütün hüquqlar qorunur
Designed by muRart
