Ana səhifə > Valideynlər üçün > Məktəb şuralarıının zorakılığa qarşı tədbirləri üçün İş Çərçivəsi |
Məktəblər tərbiyə və təlim yerləridir. Uşaqların, onların ailələrinin, məktəb işçilərinin və cəmiyyətin məktəblərın təhlükəsiz və zorakılıqdan uzaq olmasını tələb etməyə haqqı vardır. Bununla belə, uşaqlar anlamalıdılar ki, hətta məktəbdən kənar zorakılıq da qəbulolunmazdır. Əgər zorakılığa qarşı mübarizədə uzun müddətli nəticələr planlaşdırılırsa, məktəblər bütün uşaqlara konfliktləri və öz qəzəblərini necə qeyri-zorakı şəkildə həll etməyi öyrətməli və onları cəmiyyətə cavabdeh vətəndaş kimi hazırlamalıdırlar. Bu, məktəblər üçün cox ciddi bir vəzifədir, xüsusilə də indiki zamanda. Çünki bəzi uşaqlar öz evlərində pis rəftara məruz qalır və ya zorakılığın şahidi olurlar. Əksər uşaqlar isə mediada reklam və nümayiş olunan zorakılığı görürlər. Zorakılıq insanın sağlamlığına və rifahina xələl yetirə biləcək potensial təsir gücünə malikdir. O fiziki, şifahi, emosional, seksual və ya irqi ola bilərək bir şəxsə və ya bir qrup şəxsə qarşı yönəldilə bilər. Zorakılıq, həmçinin vandalizm aktı və əmlaka zərər kimi də ifadə oluna bilər. Zorakılığın sonu cinayətdir. Belə ki, əgər məqsədimiz məktəblərdə və cəmiyyətdə zorakılığın azaldılmasıdırsa, onda hər bir yerdə olan belə hadisələr, hətta belə çox cuzi və kiçik hallar da daxil olmaqla, dayandırılmalı və ya qarşısı alınmalıdır. Fiziki zədə yetirmə təhlükəsi, hədə-qorxu gəlmə, aramsız şifahi təhqirlər (məs., insanın fiziki çatışmazlığı ilə əlaqədar) qurbanları fiziki hücum kimi zərər verə bilər. Əgər məhəl qoyulmasa, bu hadisələr daha ciddi şəkil ala bilər. Məsələn, əgər bir şəxs tərəfindən hər hansı bir uşağa qarşı onun sosial statusuna əsaslanaraq zorakılıq edilməsinə ciddi əhəmiyyət verilməsə, bu hal digər uşaqlar tərəfindən adi, məqbul hal kimi qəbul edilə bilər və uşaqların bir-birləri ilə savaşmalarını şiddətləndirər. Azlıq qruplardan olan uşaqlar özlərini hədə-qorxuda hiss edə bilərlər, hətta onların hadisələrə birbaşa aidiyyatları olmasa da belə. Bundan savayı, uşaqlar təhqirlərə qarşı da zorakı davranışlar göstərə bilərlər. Belə hallarda birinci hücuma məruz qalmış şəxs zərəçəkmiş olaraq qalmaqla yanaşı, həm də təqsirkara çevrilə bilər. Buna bənzər hadisələr linqvistik fərqlər nəticəsində, etnomədəni təhqirlər, seksual təzyiqlər, dini yolverilməzlik, və ya cinsi mənsubiyyətinə, sosial statusa, gəlir səviyyəsinə və məşğuliyyətə, əlillik və ya zahiri görünüşə görkəm kimi səciyyəvi xüsusiyyətlərdən yarana bilər. Məktəblərin bu kimi hadisələrdə, belə halları doğuran əsas səbəbləri araşdırması və müzakirə etməsi, həmçinin də hadisə ilə dərhal məşğul olması çox mühümdür. Zorakılığın çox zərərverici təsiri vardır. Bu, yalnız zərərçəkmişlə günahkara aid deyil, həmçinin onların dostlarına, ailələrinə, şahidlərə, məktəbə və geniş cəmiyyətə təsir edir. Zorakı hərəkət baş verdikdə və günahkara qarşı heç bir tədbir görülmədikdə və ya zərəçəkmişi qoruyacaq heç bir iş görülmədikdə belə bir nəticəyə gəlmək olar ki, zorakılığa çox ciddi fikir verilmir və ona barmaq arası baxılır. |
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
