Ana səhifə > Valideynlər üçün > Zorakılıq hadisələrininməruzə edilməsi qaydaları |
Təlimatın bu hissəsi xüsusi olaraq ciddi zorakılıq hadisələrinin qeydiyyatının aparılması və polisə və Təhsil Nazirliyinə məruzə edilməsi strategiyasını açıqlayaраq aşağıdakıları təmin edir: Sənədin bu bölməsi ciddi zorakılıq hadisəsi baş verdikdən sonra görüləsi işləri əhatə edir. Bu, komponentinin “Zorakılıq hadisələrində necə hərəkət etmək prosedurları”nın ayrılmaz bir hissəsidir. Yuxarıda qeyd olunduğu kimi, məktəb şuraları və məktəblər bu hadisələrdə valideynləri mümkün qədər erkən mərhələdə, vəziyyətin kəskinləşmədiyi və polisin müdaxiləsinə məcburiyyət yaranmamışdan öncə cəlb etməlidilər. Məktəblə ictimaiyyət arasında sağlam münasibətlər qarşılıqlı hörmət və anlaşmaya şərait yaradacaq və məktəblərdə zorakılığa səbəb olan məsələlərin həllini asanlaşdıracaqdır. Məktəb müdirləri, müəllim və uşaqlarin vəzifələri Zorakılıq hadisələrinin polisə məruzə edilməsi prosedurları A. Yaş qrupuna görə uşaqların üç koteqoriyası 1. On dörd yaşına qədər uşaqlar 2. On dörd yaşından on yeddi yaşına qədər uşaqlar və yeniyetmələr B. Zorakılıq hadisələrinin Kateqoriyaları Məktəb şuraları məktəb müdirlərindən polisə bildirilməsi tələb olunan hadisələrdən savayı, digər ciddi kateqoriyalı hadisələrin də polisə bildirilməsini tələb edə bilərlər. Yuxarıda qeyd olunan hadisələr polisə mütləq məruzə olunmalıdır. Lakin eyni zamanda, əgər uşaqlar, valideynlər və ya himayədarlar bu koteqoriyalardan kənarda qalan zorakılıq hadisələrə müdaxilə olunmanı uyğun hesab etsələr, bu halda bu haqda polisə məlumat verə bilərlər. Məktəb şuraları məktəb müdirlərindən savayı başqa işçilərin də polisə məlumat verməsi səlahiyyətlərini nəzərdən keçirməlidilər. Başqa səlahiyyətli işçilər zorakılıq hadisələri barədə polisə məlumat verdikdə məktəb müdirləri bu barədə məlumatlandırılmalıdırlar. C. Zorakılıq hadisələrinin baş vermə yeri D. Valideyn və himayədarların iştirakı Zorakılıq hadisələrin polisə bildirilməsi halında valideyn və ya himayədarlarla yubanmadan dərhal əlaqə saxlanılmalıdır. Əgər valideyn və ya himayədarlarla əlaqə saxlamaq mümkün deyilsə, bu halda uşağın istədiyi başqa bir yetkin şəxsə zəng oluna bilər. Amma valideyn vəya himayədarlar və yaxud da başqa bir şəxslə əlaqənin qeyri-mümkünlüyünə görə polisə məruzə yubandırılmamalıdır. Bununla belə, hadisənin polisə bildirildiyi haqda valideynə və ya himayədarlara mümkün qədər tez məlumat çatdırılmalıdır. E. Məktəblərdə Polis istintaqları və Uşaqların hüquqları
|
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
