|
Köməyinizə yetə bilər |
ZƏNGLƏR PULSUZ VƏ MƏXFİDİR...
Bizim sizin köməyinizə həqiqətən də ehtiyyacımız var. Onun zəhmətolmasa aşağıdakılarda birini seçin:
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
Ana səhifə > Valideynlər üçün > Uşaqların iştirakı |
Zorakılıq əleyhinə təlimatların hazırlanması və yerinə yetirilməsində uşaqların iştirakı çox əhəmiyyətlidir və bu işdə müxtəlif qruplardan olan uşaqlar iştirak etməlidirlər. Məktəb şuraları və məktəblər bütün yaş kateqoriyalarına aid uşaqların buna cəlb edilməsi yollarını fikirləşməlidirlər. Məktəb şuraları tərəfindən hazırlanan zorakılıq əleyhinə təlimatlar uşaqların öz cavabdehlikləri barədə məlumatlandırılmasını və onların öz yaşıdlarına necə kömək etməsi yollarını təsvir etməlidir. Yalnız bu halda bütün uşaqların zorakılıqdan uzaq bir həyat yaşamalarına nail olmaq olar. Məktəblər uşaqların iştirakı ilə olan məktəb təhlükəsizlik komitələri, öz yaşıdlarına yardım proqramları, tərbiyəvi proqramlar, zorakılıq barədə məlumatlandırma həftələri və ya tədbirləri, kooperativ fəaliyyət klubları, xüsusi yığıncaqlar və zorakılıqdan uzaq günlər kimi fəaliyyətlərin və strategiyaların hazırlanmasına və yerinə yetirilməsinə dəstək verməli və yardım etməlidilər. Uşaqların bu kimi proqramlara cəlb edilməsi çox vacibdir. Bu tədbirlərdə iştirak etməklə uşaqların məktəblərə qarşı məsuliyyət, cavabdehlik hissləri formalaşır və artır. Uşaqların adətən zorakılığa gətirib çıxaran əsas mövzulara böyük maraqları və həvəslərinin olduğunu nəzərə alsaq, onda onların bu məsələlərin həllinə verəcəkləri təkliflərdən də bəhrələnmək olar (yəni həll yolunu onların təklifləri əsasında araşdırmaq). Bütün işçilərin iştirakı
|
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
İstifadə qaydaları | Məxfilik siyasəti | Disclaimer/Məsuliyyət | Korporativ (Biznes) Fəaliyyət Siyasəti
Uşaq Qaynar Xətti 2009-cu ildə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.