Ana səhifə > Valideynlər üçün > Müəssisələr tərəfindən müdafiə üsulları. Boşluqlar və təhlükələr. |
Yeni Cinayət Məcəlləsində köləlik (seksual köləlik daxil olmaqla, mad. 106), cinsi zorakılıq (art. 108) seksual xarakterli zorakılıq (art. 150), seksual xarakterli hərəkətlərə məcbur etmə (mad. 151), 16 yaşına çatmayan şəxsl cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (mad. 152), yetkinlik yaşına çatmayanlary fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə (mad. 171), yetkinlik yaşına çatmyanların alqı-satqısı (mad. 173), fahişəliyə cəlb etmə (mad. 243) və əxlaqsız yuvaları saxlanma (mad. 244) cinayət kimi cəciyyələndirir. IOM-un hesabatına uyğun olaraq “milli qanunvericilik sistemindəki islahatlara baxmayaraq insan alveri kimi hüquq pozuntusu mövcud olduğuna görə mövcud qanunvericilikdəki boşluqları doldurmaq üçün əlavə tədbirlərin görülməsi tələb olunur”. Məsələn Cinayət Məcəlləsində mütəşəkkil cinayətkarlığın ağır cinayət olaraq səciyyələndirdiyinə baxmayaraq insan alveri bir hüquq pozuntusu kimi göstərilməmişdir və bu cür gərəkətlər mütəşəkkil cinayət qrupları tərəfindən həyata keçirildikdə belə cəzasız qalır. Azyaşlıların qorunmasına görə cavabdeh şəbəkənin zəif olduğu ölkələrdə azyaşlıların müxtəlif şəkildə istismarı məqsədilə onların ölkə daxilində və ölkənin xaricinə qaçırılmasıyla əlaqədar problemin vacibliyi olduğundan daha az görülməməlidir. Qadın və qızlara qarşı zorakılıq əsasən sağlamlıq və insan hüquqları ilə bağlı problemdir. Qadınlara qarşı zorakılıq bütün irqi, mədəni və iqtisadi amillərə təsir edir. Qadın və qızlara qarşı zorakılıq nəticəsində əsasən 15-54 yaşlı qadınlar xəsarət alırlar. Həmçinin digər yaşlı qadınlar da bu hala məruz qala bilərlər. Zorakılıq aktları ailələr, icmalar və cəmiyyət də daxil olmaqla, hər bir kəs üçün dəhşətli və ağır nəticələr verə bilər. Zorakılığın ən cox yayılmış formaları aşağıdakılardır: Ailədə zorakılıq - intim əlaqədə olan tərəf-müqabil zorakılığı adlanır. Bu həmcinin fiziki güc tətbiq etmə, psixoloji-emosional hücum, cinsi təqib, izolə etmə və ya iqtisadi sui-istifadə də (zərərçəkənin bütün puluna, sığınacağına, vaxtına, yeməyinə nəzarət və s.) daxil olmaqla bir şəxsin digərinə qəsdən fiziki , cismani və ya psixoloji xəsarət yetirməsidir. Adətən zorakılıq edən şəxs ər, kecmiş ər, qadının hal-hazırkı və ya kecmiş sevgilisi, bəzən isə qadın da ola bilər. Çox geniş yayılmış bu problemə ciddi fikir verilməlidir. Qadınların dörddə biri ailədə zorakılığa və ya tanıdıqları şəxs tərəfindən təcavüzə məruz qaldıqlarını bildirirlər. Cinsi təcavüz və sui-istifadə - yersiz toxunma, qadının uşaqlığına təcavüz, cinsi əlaqə, zorlama, zorlama cəhdi və azyaşlı uşaqlara sataşma da daxil olmaqla sizin razı olmadığınız cinsi əlaqə formasıdır. Bu həmçinin sözlə, əməllə hər hansı bir şəxsi arzu etmədiyi cinsi əlaqəyə məcbur etmək və ya eksibisionizm (çılpaq vəziyyətdə özünü nümayiş etdirmək), insest (qan qarışığı) və cinsi təqib kimi başqa hallara məruz qoymaq da ola bilər. Bu zorakılıq müxtəlif vəziyyətlərdə - yad adam tərəfindən xəlvət yerdə, görüş yerində və ya ailədə baş verə bilər. Demək olar ki, bütün zorlama hallarının yarısı hər il dost və ya tanış tərəfindən törədilir və bu cinayətkarların əksəriyyəti kişilər olur. Bəzən zərərçəkənə xəbəri olmadan içki və ya narkotik maddə verilir ki, bu da həmin şəxsin zorlanmaya qarşı müqavimət göstərməsinə mane olur və o, bir növ amneziya vəziyyətində olduğu üçün nə baş verdiyini dərk etmir. |
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
