Bizim ən vacib məqsədlərimizdən biri Qaynar Xəttə edilən zənglərin məxfi saxlanılmasıdır, lakin əgər biz sizin situasiyanın nə dərəcədə riskli olmasını biliriksə və sizin və yaxud tanıdığınız hər hansı birisinin həyatı üçün təhlükə yarandığını fikirləşirsinizsə, biz sizi dinləyərək digər lazımi şəxsləri də məlumatlandıracağıq. Qaynar Xəttin işçiləri həyatınız üçün təhlükə yarandığı zaman Sizə adınızı gizli saxlamaqla kömək edə bilərlər. Bura zəng edərkən Siz özünüz haqqında informasiyaları və ya adınızı anonim saxlaya bilərsiniz, bu daha yaxşıdır. əlbəttə, bu, bizim Sizə kömək etmək məqsədilə həyata keçirəcəyimiz tədbirlərə maneələr törədəcək. Qaynar Xəttə edilən zənglərin audio yazısı qeydə alınmayacaq. Qaynar Xəttin məsləhətçiləri Sizin zəngləri qəbul edərək onları dinləyir və Sizi əmin etmək istəyirlər ki, onlar Sizə yardım edə bilərlər.
Narahatçılığınız olarsa, biz özünüzü hazır hesab etdiyiniz zaman Sizə dəstək və yardım göstərə bilərik. Uşaq Qaynar Xəttinin nömrələri: 4802280 və ya 050-680-22-80.
Uşaq Qaynar Xəttinin zəngləri məxfidir. Burada Siz istədiyiniz zaman istədiyiniz mövzu haqda istədiyiniz adamla danışa bilərsiniz. Sizin Uşaq Qaynar Xəttinin əməkdaşları yalnız fövqəladə vəziyyətlərdə hər hansı tədbirləri yerinə yetirə bilər.
Əgər küçədən, ictimai telefonla zəng edirsinizsə, mümkün qədər maşınların az səs etdiyi yeri seçin. Bu, məsləhətçilərin Sizi daha yaxşı eşitmələrinə yardım edər. Zəng etməmişdən öncə nə deyəcəyinizi ətraflı götür-qoy edin. Siz istənilən zaman zəng edə bilərsiniz, amma ilk növbədə nə demək istədiyiniz barədə düşünməniz Sizə yardım edə bilər.
|
|
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |

Bizə zəng edərkən öz adınızı və Sizə bağlı olan hər hansı məlumatı verməmək imkanına malik olmaqla, keçirdiyiniz hisslərdən asılı olaraq, istənilən mövzu haqqında danışa bilərsiniz. Bundan əlavə, Sizi sevindirən və ya keçirdiyiniz hisslər haqqında danışa bilərsiniz. Həmçinin, biz Sizin suallarınıza cavab verə bilərik. Eyni zamanda, sizə kömək etmək üçün müəyyən suallar verə bilərik. Lakin siz bu suallara cavab vermək istəmirsinizsə, o zaman cavab verməkdən imtina etmək imkanına maliksiniz. Etdiyiniz birinci zəng zamanı əgər söhbət alınmayıbsa, yenidən zəng vurmaq imkanına maliksiniz.