Ana səhifə > Uşaqlar üçün > Uşaqların səhiyyə xidmətlərindən yararlanmasına olan hüquqları
Uşaqların səhiyyə xidmətlərindən yararlanmasına olan hüquqları
«İştirakçı dövlətlər uşağın ən təkmil səhiyyə sistemi xidmətlərindən və xəstəliklərin müalicəsi və sağlamlığın bərpası vasitələrindən istifadə etmək hüququ olduğunu təsdiq edirlər.» Uşaq Hüquqları Konvensiyası, Maddə 24
Hər il dünyada 12 milyona yaxın uşaq müxtəlif adi xəstəliklərdən – diareya, malyariya, pnevmoniya və s. vəfat edirdər. Bəzi ölkələrdə doğulan 5 uşaqdan biri öz beş yaşlarına qədər yaşaya bilmirlər. Bu uşaqların çoxu kasıbdır və lazımi qidaya və sağlam yaşamaq və inkişaf etmək üçün tibbi yardıma ehtiyacları vardır.
Konvensiyanın müdafiə və təbliğ etdiyi hüquqlar uşaqları tibbi xidmətə olan bərabər hüquqlarını təmin edir və dövlətər tərəfindən bu tibbi xidmətlərin lazımi səviyyədə bütün uşaqlara göstərilməsini təmin edir. Konvensiya uşağı evin, ailənin, cəmiyyətin mərkəzində yerləşdirir, və bir hüququn başqa isə əvəz və ya məhdudlaşdırılmaması prinsipi üzrə işləyir. Məsələn, uşağın tibbi yardıma olan hüququ onun adekvat normal yaşayış standartlarına malik olma hüququ ilə əvəz oluna bilməz. Xəstə uşağın təhsil almaq hüququ həyata keçirilmir.
Konvensiya arzular-istəklər siyahısı deyildir. O, dövlətlər tərəfindən uşaqların tibbi yardıma olan ehtiyaclarını ödəyən lazımi praktiki addımların atılmasını tələb edir. Onlar, məsələn, uşaq ölümünün azaldılması, ilkin tibbi yardımın inkişafı, yeməməzlik və doğuş-qabağı və doğuşdan-sonra aparılan tibbi yardımı inkişaf etdirməyi öz öhdəliklərinə götürürlər.
Uşaqların tibbi yardıma olan hüquqların Konvensiyanın bütün digər maddələri kimi də uşaqların hamısına aiddir. Konvensiya xüsusilə zəif təbəqələrdən – qaçqınlar, məcburi köçkünlər, kimsəsiz uşaqlar, əlil uşaqlar və s. –olan uşaqlara daha böyük diqqət yetirməyə çağırır. Tibbi yardımdan istifadədə qızlar oğlan uşaqlarından geridə qalırlar. Hələ çox ölkələrdə oğlanların ehtiyacları həyatın bütün sahələrində qızlarla müqayisədə daha tez ödənilir və onlara diqqət daha tez və tam yetirilir. Bu da qızların zəifliyini və onların əsasən də tibbi yardıma olan daha üstün olan ehtiyaclarını nəzərə alaraq baş verir.