Uşaq və gənclər öz hüquqlarını necə öyrənə bilərlər
BMT-nin Uşaq Hüquqları Konvensiyasını bilmək bu işdə birinci addımdır, lakin yalnız bu sənəd gənclərdə şəxsi iştirak və hüquq məsələlərində aktiv fəallıq hisslərinin inkişafını təmin edə bilməz. Gənclər bilməlidirlər ki, hüquq məsələləri hardasa uzaq yerlərdə olan bir şey deyil: onlar hər bir insanın yaşadığı cəmiyyətdə də aktualdır.
Uşaq hüquqları və Valideynlər:
Konvensiya uşaqların əsas hüquqlarını təmin etsə də, o heç də Valideynlərin uşaqlar üçün nə yaxşı olduğunu həll etmək hüququndan məhrum etmir və pozmur. Əksinə Konvensiya dövlətləri ailələri möhkəmləndirmək, valideynlərə uşaqları böyütmək və inkişaf etdirmək kimi ən əsas vəzifələrini yerinə yetirməyə kömək və yardım etməyə çağırır. Uşaq hüquqlarının təbliği, onları həyatlarında olan yaşlı insanlarla-valideynlərlə qarşa-qarşıya qoymaq və aralarında münaqişə yaratmaq məqsədini daşımır. Əksinə, o bütün vətəndaşları uşaqların sağlam, təhlükəsiz və produktiv gələcəyi üçün çalışmağa çağırır.
Uşaq hüquqlarının tədrisi zamanı qurulmuş tədris atmosferi böyük əhəmiyyət daşıyır. Uşaqlar öz hüquqlarını yaşlı vətəndaşların istifadə etdiyi və məlumat əldə etdiyi üsullarla öyrənə bilərlər. Lakin hüquqların öyrənilməsi hər bir şəxsin individuallığına və dəyərlərinə hörmətlə yanaşmaq, ayrı-seçkiliyin olmaması, demokratik iştirak etmə prinsipinin istifadəsi, və fikirlərin məsulliyyətli söylənilməsi kimi xüsusi qrup atmosferinin yaradılmasını nəzərdə tutur. Qısa desək, tədris prosesi yalnız teoretik məlumatla yanaşı, uşaqların əldə etdiyi məlumatı praktikada istifadə etmək vasitəsi ilə hüquqların təbliği və inkişafına dair təcrübə qazanmalar sahəsində effektiv ola bilər.
Gənclərlə işləyərkən, yaşlılar bilməlidirlər ki, hüquqları aydınlaşdırarkən onların bir çoxunun şəxsiyyətin toxunulması müşahidə oluna bilər. Bu onunla izah olunur ki, qrupda aclıq, kasıblıq, ayrıseçkilik, zorakılıq, cəzalandırma, valideynlərdən ayrılma və s. bu kimi problemlərlə keçmişdə və ya hələ də əziyyət çəkən uşaqlar ola bilər. Onların şəxsi həyatlarına toxunmaq olmaz. Heç bir halda onları şəxsi həyatlarında baş vermiş bu cür problemlər haqda özlərinin istəyi olmadıqda danışmağa məcbur etmək olmaz. Lakin yaşlılar yaxşı olar ki, ərazidə, məktəbdə və ya cəmiyyətdə uşaq hüquqlarını qorunması ilə məşqul olan agentliklər barədə məlumata malik olsunlar. Sadalanan problemlər ortaya çıxarsa, onlar bu agentliklərə xəbər verər və zərərçəkənlərə yardım göstərilməsini təmin edə bilərlər.