1948-ci ildə BMT İnsan hüquqları Universal Bəyannaməsini qəbul etmişdir. Qeyd etmək lazımdır ki, bu sənəd uşaq hüquqlarını da özündə əks etdirmişdi. Lakin tezliklə beynəlxalq aləm uşaqların xüsusi ehtiyaclarının ayrıca qeyd edilməsi barədə yekdil bir fikrə gəlmişdir.
1959-cu ildə BMT Uşaq hüquqları Bəyannaməsini qəbul etmişdir. Sənəd 10 hüquqdan ibarət olmuş və onu imzalamış ölkələrdə qanunvericiliyə təsir göstərməmişdir.
1978-ci ildə Polşa hökuməti tərəfindən BMT-nin İnsan hüquqları Komissiyasına uşaq hüquqları haqda konvensiya təqdim olunmuşdur. 1979-cu ildə Beynəlxalq Uşaq Günü zamanı Komissiya işçi yaratmışdır. Bundan sonraki 10 il ərzində uzun sürən ağır danışıqlar, diskussiyalar davam etmişdir.
20 Noyabr 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası BMT-nin Baş Məclisinə təqdim edilmiş və qəbul olunmuşdur. Konvensiya 1990-cı ildə 20 dövlətin ratifikasiyasından sonra qüvvəyə minmişdir. Qəbul olunduqdan sonra Konvensiya artıq 191 ölkə – yəni BMT-nin tərkibində olan ABŞ və Somali istisna olmaqla bütün ölkələr tərəfindən ratifikasiya olunmuşdur. Konvensiyanın prinsip və standartları bütün ölkələr tərəfindən tanınmış və universal olaraq qəbul edilmişdir. Lakin sənədin formal ratifikasiyası ilə onun effektiv tərzdə həyata keçirilməsi və istifadəsi arasında böyük vaxt çərçivəsi var. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar bütün öhdəliklər ilk növbədə hər bir dövlətin üzərinə düşür. Təəssüflər olsun ki, çox az ölkələr bu öhdəlikləri doğrudan da ciddi qəbul etmişlər. QHT-lər bütün ölkələrdə dövlət tərəfindən uşaq hüquqlarının qorunmasına, qəbul edilmiş öhdəlikləri yerinə yetirməyə çağıran və bu proseslərə təkan verici rol oynayırlar.
Konvensiyanı ratifikasiya edən dövlətlərin uşaq hüquqlarının təbliği və qorunması sahəsində apardıqları işləri və proqresi izləmək məqsədi ilə, Uşaq hüquqları konvensiyasının 43-cü maddəsinə görə Uşaq hüquqları Komitəsi yaradılmışdır.
Bir çox ölkələrdə QHT-lər uşaq hüquqlarının qorunması sahəsində artıq bir çox işlər görmüş və görməkdə davam edirlər. Bundan əlavə, qeyd etmək lazımdır ki, artıq bir çox ölkələrdə insan və o, cümlədən, uşaq hüquqlarının tədrisi müəllimlərlə yanaşı QHT-lər tərəfindən də müvəffəqiyyətlə həyata keçirilir. Ümidvarıq ki, bu vəsait həm QHT-lər, həm də orta və ali təhsil məktəblərinin müəllimləri üçün faydalı olacaqdır.
Məlumdur ki, tədris insanların inkişafı və püxtələşməsində mühüm rol oynayır. Bütün dünyada tədris proseslərini böyük diqqət və maraqla qarşılayırlar. Onu da qeyd etmək lazımdır ki, uşaq hüquqlarının tədrisi ilə məşqul olan və bu sahədə aparıcı rola malik olan QHT-lərin müxtəlif peşəkar kurslara və seminarlara ehtiyacları vardır. Bundan əlavə, bu kurs və seminarların əsas mahiyyəti ondan ibarətdir ki, onlar QHT-lər və onların tərkibində olan peşəkar mütəxəssislər üçün dolğun və yeni məlumat verir və onlara tədris prosesini gücləndirməyə imkan yaradır.