Uşaq Qaynar Xəttinə zəng etdiyiniz zaman Siz problemlərinizi eşidə biləcək kiminləsə danışmaq imkanı əldə edirsiniz. Məsləhətçilərin hamısı təlim görmüşlər və Sizi dinləyərək yardım etməyə çalışacaqlar. Əgər siz qorxursunuzsa və ya özünənəzarəti itirmişinizsə, narahatçılığa əsas yoxdur. Siz bizimlə danışa bilərsiniz. İşimiz Sizi dinləməkdən ibarətdir və hərdən Sizə yardım edə biləcək şəxsə doğru istiqamətləndirməkdir. Düzdür, özünüzün problemləriniz və hissləriniz haqda danışmaq bir qədər çətindir lakin, əmin olun ki, Siz düzgün hərəkət edirsiniz. Başa düşün ki, problemlərinizi Sizi anlayacaq bir şəxsə danışaraq özünüzü yaxşı hiss edə bilərsiniz. Əgər Siz telefonda öz problemlərinizi danışmaqdan qorxur və ya danışmaqdan çəkinirsinizsə, bunu Sizin icazəniz və istəyinizlə Sizə yaxın şəxs bunu edə bilər.
Mən Uşaq Qaynar Xəttinə zəng edə bilməsəm nə baş verə bilər? Zəng etdiyim nömrə qaynar xəttin yaddaşında qalacaqmı? Mobil telefonlardan Uşaq Qaynar Xəttinə edilən zənglər pulsuzdurmu? Uşaq Qaynar Xəttinə zəng edərək nə ilə bağlı danışmaq olar? gər küçədən, ictimai telefonla zəng edirsinizsə, mümkün qədər maşınların az səs etdiyi yeri seçin. Bu, məsləhətçilərin Sizi daha yaxşı eşitmələrinə yardım edər. Zəng etməmişdən öncə nə deyəcəyinizi ətraflı götür-qoy edin. Siz istənilən zaman zəng edə bilərsiniz, amma ilk növbədə nə demək istədiyiniz barədə düşünməniz Sizə yardım edə bilər. Kiminlə danışa bilərəm?
|
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istəyirəm | |
| Valideynəm | |
| Digəri |
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
İstifadə qaydaları | Məxfilik siyasəti | Disclaimer/Məsuliyyət | Biznesin Korporativ Sosial Məsuliyyəti
Uşaq Qaynar Xətti 2009-cu ildə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.
