Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində silsilə təlimlərə start verildi“Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda, Azercell Telekom Şirkətinin xüsusi maliyyə və texniki dəstəyi və UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya Baxış” beynəlxalq təşkilatlarının dəstəyilə təsis edilmiş “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində 27 avqust 2011-ci il tarixindən etibarən silsilə təlimlərə start verildi. Uşaq və yeniyetmələrin sirlərini bölüşdüyü ünvanUşaqlar adətən üzləşdikləri problemlər barəsində valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, düşdükləri çətinliklərdən çıxış yolu aramaqda çətinlik çəkir və ən əsası-onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq barəsində digər insanlara danışmaqdan qorxurlar. Bu və ya digər ağır psixoloji sarsıntı vəziyyətinə düşmüş uşaqların durumu isə getdikcə daha da ağırlaşır. Risk qrupuna daxil edilən uşaq və yeniyetmələr maksimalist olduqları üçün üzləşdikləri ilk uğursuzluğu, başlarına gələn hər hansı xoşagəlməz hadisəni böyük bir faciə kimi qəbul edir, depressiyaya düşürlər. Bundan qurtula bilməyəndə isə xoşagəlməz hadisələr baş verir."Горячая линия" по оказанию психологической помощи детям Азербайджана охватит и регионы страны. Кампания по информированию об этой службе будет проведена в школах городов и сельских районов страны, сообщили Trend Life в "Детской горячей линии Азербайджана".Азербайджан, Баку, 8 августа /корр. Trend Life Зарина Ахмедова/
Zorakılıq qurbanı olmuş uşaqlara mərkəz açılacaqUşaq Hüquları üzrə Azərbaycan QHT Alyansı və digər yerli və beynəlxalq təşkilatların apardığı araşdırmalara görə, uşaqlara qarşı zorakılıq hallarının artması müşahidə edilir. Bu araşdırmalar nəticəsində zorakılığın ən çox rast gəlinən formalarına məişət zorakılığı, uşaqlara qarşı etinasızlıq, cinsi zorakılıq, internet vasitəsi ilə zorakılıq, KİV-də zorakılıq qurbanı olan uşaqların məxfiliyinin qorunmaması və s. qeyd etmək olar. Bu kimi halların mövcudluğu, gələcəyimiz olan uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ciddi addımlar tələb edir.Л. С. Чутко: «Важно помочь ребенку ощутить себя успешным»«Важно помочь ребенку ощутить себя успешным»
"Culture Helpline" konserti və Belçika səfirinin Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə səfəriİyulun 19-da Bakı Caz Mərkəzində Belçikanın Azərbaycandakı səfirliyi və “Buta” İncəsənət Mərkəzi tərəfindən, “Ümidli Gələcək” Gənclər Təşkilatı nəzdində təsis olunmuş Uşaq Qaynar Xətt Xidmətinin inkişafına dəstək məqsədi daşıyan, “Culture Helpline” proqramı çərçivəsində hər il təşkil edilən növbəti konsert keçirilmişdir. Bu il onlar Belçika vətəndaşı olan azərbaycanlı pianoçu və bəstəkar-müğənni Nezrineni (Nəzrin Əfəndiyeva) təqdim etməkdən qürur duymuşlar.
"Uşaq Qaynar Xətt" xidmətinə başqa ölkələrdən də müraciət olunurMəlum olduğu kimi, ötən ilin fevral ayından ölkəmizdə "Uşaq Qaynar Xətt" xidməti yaradılıb. Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəhbərliyi altında fəaliyyət göstərən bu xidmət uşaqlara psixoloji yardım etmək məqsədi daşıyır. "Uşaq Qaynar Xətt" (012) 480 22 80; (051) 880-11-80; (050) 680-22-80. E-mail ünvanı: yardim@usaqxetti.az) xidməti nömrələrinə daxil olan zənglər pulsuzdur və xidmət 24 saat fəaliyyət göstərir. "Uşaq Qaynar Xətt"inə uşaqlar ehtiyacları olduğu zaman müraciət edərək onları narahat edən mövzu haqqında danışa bilərlər. Xidmətin əməkdaşları zənglərin anonimliyini qoruyur və yalnız uşağın arzusu əsasında problemin həlli ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldıra bilərlər.
"Uşaq Qaynar Xətt" xidməti uşaqların hüquqlarını qoruyurAzərbaycanda möhkəm ailə institutunun olduğu deyilsə də, bəzən valideynlə övlad arasında dərin uçurum yaranır. Nəticədə uşaqlar üzləşdikləri problemlər barəsində valideynlərinə və yaxınlarına danışmaqdan çəkinirlər, hisslərini gizli saxlamağa çalışırlar. Sözsüz ki, bu situasiya azyaşlı və yeniyetmələrin psixoloji durumuna mənfi təsir göstərir, hətta özünəqapanma durumu sonda uşaqların intiharı ilə nəticələnir.
|
* Əgər səninlə əlaqə saxlamağımızı istəyirsənsə telefon
ya da e-poçt ünvanını qeyd et
Sənin bizə deməyə sözun var..?
Məlumat al və ya dərhal 480 22 80 & 050 680 22 80 - ə zəng et... Yubanma..!
|
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
İstifadə qaydaları | Məxfilik siyasəti | Disclaimer/Məsuliyyət | Biznesin Korporativ Sosial Məsuliyyəti
Uşaq Qaynar Xətti 2009-cu ildə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.




